AZ

Dünya üzrə poçt şöbələri bağlamaların ABŞ-a çatdırılmasını dayandırırlar

Bütün dünyada poçt xidmətləri yeni tarif şərtləri ilə əlaqədar ABŞ-a bağlamaların çatdırılmasını dayandırırlar.

“İki sahil” "Bloomberg"ə istinadən xəbər verir ki, avqustun 29-dan etibarən ABŞ 800 dollara qədər olan bağlamaların ölkəyə rüsumsuz idxalına icazə verən "de minimis" gömrük qaydasını ləğv edəcək. Bu istisna, əsasən elektron ticarət sayəsində hər gün ABŞ-dan keçən 4 milyondan çox bağlamaya şamil edilib. O xüsusilə, "Shein Group Ltd" və "Temu" kimi onlayn mağazalar tərəfindən fəal şəkildə istifadə edilib.

Qeyd olunur ki, bu baxımdan ABŞ administrasiyası qeyri-qanuni malların idxalı və tədarük zəncirlərinin üzərinə düşən yükdən narahatdır. Xüsusilə, səlahiyyətlilər ehtiyat edirlər ki, bu bağlamalar fentanil kimi narkotiklərin qaçaqmalçılıq yollarından biri ola bilər.

İndi bütün mallara, mənşə ölkəsindən asılı olmayaraq, rüsum tətbiq edilməli və onlar gömrük nəzarətindən keçməlidir. İstisna 100 dollardan az olan mallardır ki, onlara rüsum tətbiq edilməyəcək.

Beynəlxalq poçt operatorları yeni tələblərə kəskin reaksiya verirlər: dünyada bir çox xidmətlər ABŞ-a bağlamaların göndərilməsini müvəqqəti olaraq dayandırır və ya məhdudlaşdırırlar.

Seçilən
12
1
ikisahil.az

2Mənbələr