Türkiyə ən azı müharibədən sonra Qara dənizin minalardan təmizlənməsinə qoşulmağa hazırdır. Ankara təhlükəsizlik zəmanətləri çərçivəsində Ukraynaya qoşun yeritməyi də nəzərdən keçirir.
Oxuməni.az bu barədə Ukraynanın Türkiyədəki səfiri Nəriman Cəlalın telemarafonun efirində verdiyi açıqlamaya istinadən xəbər verir.
"İndicə dünən Türkiyənin müdafiə naziri Yaşar Gülər ilə görüşdüm, çox gözəl söhbətimiz oldu. Türkiyə yaxın vaxtlarda Qara dənizin minalardan təmizlənməsinə qoşulmağa hazırdır".
Türkiyə tərəfi dənizdə minalardan təmizləmə ilə yanaşı, humanitar mülki torpaqların minalardan təmizlənməsində iştirak təkliflərini də nəzərdən keçirir. Həmçinin, Cəlal xatırladıb ki, Türkiyə təhlükəsizlik təminatının bir hissəsi olaraq Ukraynaya qoşun göndərməyə artıq potensial olaraq hazır olan 10 ölkədən biridir.
“Biz Türkiyənin bu cür addımlarını alqışlayırıq”, - deyə səfir əlavə edib.
Əziz Mustafa