AZ

Prezident: Azərbaycan dost Ukrayna xalqına yardım göstərməyə davam edəcək

ain.az bildirir, Xalqcebhesi portalına istinadən.

Ərazi bütövlüyü və suverenlik məsələlərində ölkələrimizin beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq qarşılıqlı dəstək və həmrəylik nümayiş etdirməsi təqdirəlayiqdir.

Bu barədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ukraynanın Prezidenti Volodimir Zelenskiyə ünvanladığı təbrikdə bildirib.

Qeyd edilib ki, Azərbaycan dost Ukrayna xalqına bundan sonra da lazımi humanitar dəstək və yardım göstərməyə davam edəcək:

“Əminəm ki, Azərbaycan-Ukrayna dostluq əlaqələrinin və qarşılıqlı fəaliyyətinin xalqlarımızın iradəsinə uyğun olaraq daha da möhkəmləndirilməsi və dərinləşdirilməsi yolunda birgə səylərimizi bundan sonra da ardıcıl şəkildə davam etdirəcəyik”.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
71
27
icma.az

10Mənbələr