AZ

Tramp: Ukraynanın cəsarəti çoxlarını ruhlandırır

ABŞ Prezidenti Donald Tramp ukraynalı həmkarı Volodimir Zelenskini və ukraynalıları Müstəqillik Günü münasibətilə təbrik edib.

Tribunainfo.az-ın xəbərinə görə, onun təbrikini Zelenski “X” sosial şəbəkəsində paylaşıb.

“Hörmətli cənab Prezident, Amerika xalqı adından müstəqilliyin 34-cü ildönümünü qeyd etdiyiniz zaman sizə və cəsarətli Ukrayna xalqına təbriklərimi və ən xoş arzularımı çatdırıram”, – Trampın təbrikində deyilir.

Tramp qeyd edib ki, Ukrayna xalqı sarsılmaz ruha malikdir və Ukraynanın cəsarəti çoxlarını ruhlandırır. “Bu mühüm günü qeyd edərkən bilin ki, ABŞ sizin mübarizənizə, fədakarlıqlarınıza hörmət edir və müstəqil xalq kimi gələcəyinizə inanır. ABŞ davamlı sülh gətirəcək, qan tökülməsinə son verəcək, Ukraynanın suverenliyini və ləyaqətini qoruyacaq danışıqlar yolu ilə həlli dəstəkləyir. Hörmətlə, Donald J. Tramp”, – təbrikdə bildirilir.

Öz növbəsində Zelenski təbrikinə görə Trampa təşəkkür edib.

“Hörmətli Prezident Tramp, Ukraynanın Müstəqillik Günü münasibətilə səmimi təbrikləriniz üçün təşəkkür edirik. Ukrayna xalqı üçün xoş sözlərinizi yüksək qiymətləndiririk və ABŞ-yə Ukrayna ilə yanaşı dayanaraq, ən qiymətli olanı – müstəqilliyi, azadlığı və təminatlı sülhü qoruduğuna görə təşəkkür edirik”, – o, “X” sosial şəbəkəsində yazıb.

Zelenski ümid etdiyini bildirib ki, Kiyev və Vaşinqton birgə işləməklə bu müharibəyə son qoya və Ukrayna üçün real sülhə nail ola bilərlər.

Seçilən
25
8
tribunainfo.az

9Mənbələr