AZ

Dünya Qadın Seriyası: Azərbaycan milli komandası 1/4 finala yüksəldi

3x3 Dünya Qadın Seriyasının Səbail mərhələsində mübarizəyə start verilib.

Sportal.az xəbər verir ki, Azərbaycan milli komandası qrupda ikinci olub.

Yığmamız ilk görüşdə Çexiyaya məğlub olub (15:17). Millimiz ikinci matçda Filippini 21:14 hesabı ilə üstələyib.

Nəticədə, Azərbaycan bu nəticələrdən sonra 1/4 finala adını yazdırıb. Bu gün millimiz 16:25-də "Rapid"lə qarşılaşacaq.

saytlarin hazirlanmasi

Seçilən
53
1
sportal.az

2Mənbələr