AZ

ABŞ Kiyevə 3350 ədəd uzaqmənzilli ERAM raketinin satışına

Donald Trampın administrasiyası Ukraynaya 3350 ədəd uzaqmənzilli, idarəolunan ERAM raketlərinin satışını təsdiqləyib.

 

Senzor.az bildirir ki, bu barədə "The Wall Street Journal" (WSJ) Amerika rəsmilərinə istinadən məlumat yayıb.

 

Müqavilənin dəyəri 850 milyon dollar təşkil edir. Raketlərin Ukrayna Silahlı Qüvvələrinin ixtiyarına altı həftə ərzində çatdırılacağı bildirilir.

 

Xərclərin böyük hissəsini Ukraynanın avropalı müttəfiqləri öz üzərinə götürüb. Tədarük yalnız raketlərlə məhdudlaşmır, digər hərbi təyinatlı avadanlıqları da əhatə edir.

Seçilən
22
10
senzor.az

10Mənbələr