AZ

Prezident İlham Əliyev Zelenskiyə təbrik məktubu göndərib

Bakı. Trend:

Azərbaycan Prezidenti İlham Əliyev Ukraynanın PrezidentiZati-aliləri cənab Volodimir Zelenskiyə təbrik məktubuünvanlayıb.

Trend xəbər verir ki, məktubda deyilir:

"24 Avqust – Müstəqillik Günü münasibətilə Sizə və Sizinsimanızda bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ənsəmimi təbriklərimi və ən xoş arzularımı yetirirəm.

Azərbaycan-Ukrayna dövlətlərarası əlaqələri xalqlarımızınbir-birinə bəslədiyi dərin rəğbətdən, onlar arasında tarixəntəşəkkül tapmış dostluq və qarşılıqlı hörmət ənənələrindənqaynaqlanır.

Hazırda bu möhkəm təməllər üzərində qurulmuş münasibətlərinkişaf edir və yeni məzmunla zənginləşir. Siyasi dialoqumuz,iqtisadiyyat, nəqliyyat, energetika və humanitar sahələrdəəməkdaşlığımız ikitərəfli əlaqələrimizi səciyyələndirən başlıcaamillərdəndir.

Ərazi bütövlüyü və suverenlik məsələlərində ölkələrimizinbeynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq qarşılıqlıdəstək və həmrəylik nümayiş etdirməsi təqdirəlayiqdir. Azərbaycandost Ukrayna xalqına bundan sonra da lazımi humanitar dəstək vəyardım göstərməyə davam edəcəkdir.

Əminəm ki, Azərbaycan-Ukrayna dostluq əlaqələrinin və qarşılıqlıfəaliyyətinin xalqlarımızın iradəsinə uyğun olaraq daha damöhkəmləndirilməsi və dərinləşdirilməsi yolunda birgə səylərimizibundan sonra da ardıcıl şəkildə davam etdirəcəyik.

Bu bayram günündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik,işlərinizdə uğurlar, dost Ukrayna xalqına sülh və əmin-amanlıqdiləyirəm".

Seçilən
20
21
az.trend.az

5Mənbələr