AZ

Günün futbol qrafiki

ain.az, Metbuat saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Misli Premyer Liqasında II turun daha iki oyunu bu gün keçiriləcək.

Metbuat.az xəbər verir ki, günün ilk matçında “Sabah” “Şamaxı”nın qonağı olacaq. Qarşılaşma saat 17:00-da start götürəcək.

Meydan sahibləri ilk turda səfərdə “Neftçi” ilə heç-heçə edib -1:1. “Sabah” - “Qarabağ” oyunu isə təxirə salınmışdı.

Günün ikinci görüşündə “Turan Tovuz” “Araz-Naxçıvan”la üz-üzə gələcək. Matç saat 19:30-da başlayacaq. Tovuz klubu I turda “İmişli”ni məğlub edib - 1:0. Naxçıvan təmsilçisi isə “Zirə” ilə bərabərə qalıb - 1:1.

Misli Premyer Liqası

1-ci dövrə, II tur

24 avqust

17:00. “Şamaxı” – “Sabah”Hakimlər: Rəşad Əhmədov, Vüsal Məmmədov, Akif Əmirəli, Kamran Əliyev.VAR: Əliyar Ağayev.AVAR: Zeynal Zeynalov.Hakim-inspektor: Ceyhun Haşımov.AFFA nümayəndəsi: Nəriman Axundov.Şamaxı şəhər stadionu19:30. “Turan Tovuz ” – “Araz-Naxçıvan”Hakimlər: Tural Qurbanov, Asiman Əzizli, Rəhman İmami, Əkbər Əhmədov.VAR: Elçin Məsiyev.AVAR: Pərvin Talıbov.Hakim-inspektor: İmanxan Sultani.AFFA nümayəndəsi: Məmmədəli Məmmədov.“Azərsun Arena”

Qeyd edək ki, II turun əvvəlki oyunlarında “Neftçi” “İmişli” ilə heç-heçə edib. “Sumqayıt” “Qarabağ”ı (1:0), “Karvan-Yevlax” “Kəpəz”i (3:2) məğlub edib. Tura avqustun 25-də “Qəbələ” - “Zirə” matçı ilə yekun vurulacaq.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
12
2
metbuat.az

3Mənbələr