AZ

“Barselona” səfərdə əzmkar qələbə qazandı

BAKI, 24 avqust. TELEQRAF

İspaniya La Liqasında II turun oyunları keçirilir.

Teleqraf xəbər verir ki, çempionluğa əsas namizədlərdən “Barselona” klubu səfərdə “Levante” üzərində 3:2 hesabı ilə əzmkar qələbə qazanıb.

Qarşılaşmanın birinci hissəsində meydan sahibləri 2:0 hesabı ilə öndə olublar. Fasilədən sonraKataloniya klubunun heyətində Pedri (49-cu dəqiqə) və Ferran Torres (52) fəqləniblər. Görüşün 90+1-ci dəqiqəsində Unay Elgezebalın avtoqolu isə qonaqlara qələbə qazandırıb.

İki oyundan sonra 6 xala sahib “Barselona” turnir cədvəlinə başçılıq edir.

Seçilən
48
teleqraf.com

1Mənbələr