AZ

Keyn hamını arxada qoydu

Harri Keyn yeni uğura imza atıb.

"Football-plus.az" xəbər verir ki, “Bavariya”nın futbolçusu buna bundesliqanın ilk turunun “Leyptsiq”lə matçında het-trik etməklə nail olub.

O, Almaniya çempionatında keçirdiyi 64-cü oyunda 65-ci qolunu vurub. Bu, 2023/24 mövsümündən indiyədək Avropanın top-5 liqasında oynayan oyunçular arasında ən yaxşı nəticədi.

Qeyd edək ki, Keyn bundesliqada 8 dəfə het-trik edib.

Seçilən
0
1
football-plus.az

4Mənbələr