19:59 23.08.2025
19:59 23.08.2025
Samux rayonunun Əhmədbəyli kənd sakini, Mirzəyeva Fidan İlqar qızı qəbul imtahanında yüksək nəticə göstərib.
Mynews.az xəbər verir ki, bu haqda sosial şəbəkələrdə məlumat yayılıb.
Qeyd edilir ki, o, heç bir repetitor yanına getmədən 637 bal toplayıb.
Milli Qəhrəman Eltun İsgəndərov adına Əhmədbəyli kənd tam orta məktəbinin məzunu kiçik yaşlarından hüquqşünas olmaq arzusunu həyata keçirmək üçün əzmlə çalışıb.
Hətta, seçimlərdə yalnız bu ixtisası qeyd edib.
Nəticədə Bakı Dövlət Universitetinin (dövlət sifarişi əsasında) Hüquq fakültəsinə qəbul olub.