AZ

Ten Haq “Bayer”də debüt oyununda uduzdu

Almaniya Bundesliqasında 1-ci turun oyunları keçirilir. Msport.az xəbər verir  ki, “Bayer” Erik ten Haqın rəhbərliyi altında ilk oyunda öz meydanında “Hoffenhaym”ı qəbul edib.

Görüş qonaqların 2:1 hesablı qələbəsi ilə başa çatıb.

6-cı dəqiqədə Leverkuzen klubunun müdafiəçisi Carell Kuensa hesabı açsa da, “Hoffenhaym” 2 qol vuraraq, əzmkaq qalibiyyət əldə edib.

Qeyd edək ki, Erik ten Haq “Real”a yollanan Xabi Alonsonun əvəzinə cari mövsümün əvvəlində “Bayer”in sükanı arxasına keçib.

 

Almaniya Bundesliqası 

1-ci tur 

“Bayer” – “Hoffenhdym” 1:2

Qollar: Carell Kuensa, 6 – Fisnik Aslani, 25, Tim Lemperle, 52.

Seçilən
42
msport.az

1Mənbələr