AZ

Qardaşlıqdan enerji və ticarətə: Üç dövlətin gələcəyə baxışı

Bakı. Trend:

Türkmənistanın Türkmənbaşı şəhərində Azərbaycan Prezidenti İlhamƏliyev, Türkmənistan Xalq Məsləhətinin sədri QurbanquluBerdiməhəmmədov və Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin baştutan görüşü üç ölkə arasında dərinləşən əməkdaşlığın stratejikonturlarını cızdı.

Bu görüş ümumilikdə Orta Asiya və Cənubi Qafqaz bölgəsindəsiyasi sabitliyin, iqtisadi inteqrasiyanın və regionaltəhlükəsizliyin təmin olunması baxımından xüsusi əhəmiyyət daşıyır.Azərbaycan, Türkmənistan və Özbəkistan öz coğrafi mövqelərinə görəŞərqlə Qərb, Şimalla Cənub arasında strateji körpü rolunu oynayanölkələrdir. Bu mövqe üç dövləti qlobal enerji və nəqliyyatdəhlizlərinin əsas oyunçularına çevirir. Türkmənbaşı görüşü də bupotensialdan irəli gələrək, nəqliyyat-logistika, enerji və ticarətsahələrində konkret razılaşmalarla yadda qaldı.

Görüş çərçivəsində bir sıra mühüm sənədlər imzalandı. Sənədlərənəzər salsaq görərik ki, hamısı strateji əhəmiyyətlidir. Bunlardanbiri üç ölkə arasında yüklərin və sərnişinlərin daşınması,dəhlizlərin əlaqələndirilməsi, logistika xidmətlərinin inkişafı vəbeynəlxalq ticarət marşrutlarının səmərəliliyinin artırılmasıistiqamətində imzalanan Memorandumdur. Bu sənəd, Şərq-Qərb vəŞimal-Cənub dəhlizlərinin birgə inkişafı üçün mühüm addım kimidəyərləndirilir.

İkinci sənəd isə Azərbaycan Rəqəmsal İnkişaf və NəqliyyatNazirliyi ilə “Türkmənhavayolları” Dövlət Xidməti arasındaimzalanan anlaşma memorandumunda hava əlaqələriningenişləndirilməsi, turizm və sərnişindaşımanın təşviqi əsashədəflər kimi müəyyən olunub. Bu ilin ilk altı ayına nəzər salsaqgörərik ki, Türkmənistandan Azərbaycana səfər edənlərin sayı 15 579nəfər olub. Məlumata görə, səfər edənlərin sayı ötən ilin müvafiqdövrü ilə müqayisədə 183 nəfər və ya 1,2% artıb. Belə ki, 2024-cüilin ilk altı ayı ərzində bu ölkədən Azərbaycana gələnlərin sayı 15396 nəfər idi. İmzalanmış Memorandum ölkəmizə Türkmənistandan gələnturistlərin sayına da müsbət təsir edəcək.

Azərbaycanın Füzuli şəhəri ilə Türkmənistanın yeni inşa edilənArxadağ şəhəri arasında “Qardaşlaşma Protokolu” nun imzalanması daböyük əhəmiyyət daşıyır. Türkmənistanın Azərbaycanın Füzulişəhərində hədiyyə olaraq inşa edəcəyi məscid, iki ölkə arasındaqədim dostluq və qardaşlıq münasibətlərinin canlı simvolunaçevriləcək. Bu təşəbbüs təkcə dini-mədəni abidə deyil, eyni zamandaOrtaq türk köklərinə, mənəvi bağlara və humanist diplomatiyayasöykənən dostluğun rəmzidir.

Enerji sahəsi də görüşdə mühüm yer tutdu. Azərbaycan vəTürkmənistan arasında Xəzər dənizindəki “Dostluq” yatağının birgəişlənməsi məsələsində əldə edilən razılaşmalar iki ölkə arasındaenerji əməkdaşlığının gələcəyini formalaşdırır. Azərbaycanın bulayihədə iştirakı regionda enerji diplomatiyasının uğurlu nümunəsikimi çıxış edir.

SOCAR-ın (Azərbaycan Dövlət Neft Şirkəti) Özbəkistanda neftyatağının işlənməsində iştirakı isə Azərbaycanın enerji sahəsindəkisərhədlərini daha da genişləndirir və ölkəmizin beynəlxalq enerjibazarlarında texnologiya və kapital ixracatçısına çevrildiyinigöstərir.

Türkmənbaşı şəhərindəki görüş Azərbaycanın regiondakı liderdövlət mövqeyini bir daha təsdiqlədi. Görüş çərçivəsindəkirazılaşmalar Azərbaycanın təşəbbüslərinə beynəlxalq səviyyədə olanetimadı da nümayiş etdirdi. Üçtərəfli əməkdaşlıq formatı, gələcəkdədigər türkdilli dövlətləri də bu platformaya cəlb etməyə zəminyarada bilər.

Seçilən
35
6
az.trend.az

7Mənbələr