AZ

Zelenskiyə buna görə ciddi təzyiqlər göstərilir Milovanov

Axar.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Bildiyimə görə, Zelenskiyə ciddi təzyiq göstərilir və maliyyə dəstəyinin, eləcə də kəşfiyyat məlumatlarının dayandırılması ilə hədələyirlər. Bu vəziyyətdən onun əleyhinə istifadə edə biləcək insanlar var. Onu müdafiə edəcək çox az adam olacaq.

Axar.az xəbər verir ki, bu barədə Kiyev İqtisadiyyat Məktəbinin direktoru və Prezident Ofisinin müşaviri Timofey Milovanov “Vaşinqton Post” nəşrinə verdiyi müsahibədə bildirib.

Milovanov qeyd edib ki, Ukrayna Prezidenti Vladimir Zelenskiyə sərt şərtlərlə sülh sazişinə razılaşması üçün ciddi təzyiqlər göstərilir.

Həmçinin "Vaşinqton Post" yazır ki, Zelenskinin siyasi həyatda qalması əsasən Rusiyanın bütün Donbas üzərində nəzarət tələblərinə qarşı durub-durmamasından asılı olacaq:

“Milovanov təzyiqlərin konkret hansı tərəfdən gəldiyini açıqlamasa da, məqalənin kontekstindən bunun ABŞ-a aid olduğu ehtimal edilir. Mümkün sülh razılaşmasına Ukrayna cəmiyyətinin necə reaksiya verəcəyi hələlik məlum deyil. Müharibədən yorulan bir çox ukraynalı, hətta Rusiyanın illər sonra razılaşmanı pozacağı ehtimalına baxmayaraq, döyüşlərin dayandırılmasını dəstəkləyə bilər”, - nəşr bildirib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
18
1
axar.az

2Mənbələr