AZ

Ronaldo Corcinaya evlilik təklifi etdi - müqavilənin detalları gündəm oldu

Səudiyyə Ərəbistanının "Əl-Nəsr" klubunda çıxış edən dünyaca məşhur futbolçu Kriştiano Ronaldo sevgilisi Corcina Rodrigezə rəsmi evlilik təklifi edib.

Milli.Az xarici mətbuata istinadən xəbər verir ki, cütlük toydan əvvəl evlilik müqaviləsi imzalamağa qərar verib və sənəddə yer alan maddələr sosial şəbəkələrdə və mediada geniş müzakirələrə səbəb olub.

Məlumata görə, Ronaldo Corcinaya hər ay 121 min dollar ödəyəcək. Bundan əlavə, toy öncəsi ona 5,6 milyon dollar dəyərində daşınmaz əmlak hədiyyə olunacaq.

Cütlüyün övladları üçün isə Ronaldo ayda 500 min dollar dəstək göstərəcək. Corcinanın həyat tərzini və şəxsi ehtiyaclarını təmin etmək məqsədilə məşhur futbolçu ildə 2 milyon dollar ayırmalı olacaq.

Müqaviləyə əsasən, Ronaldo həmçinin Corcinaya 2 lüks avtomobil verəcək və ildə iki dəfə tətil təşkil edəcək.

Əgər cütlük gələcəkdə yollarını ayırmağa qərar verərsə, Corcina Rodrigez 50 milyon dollar təzminat alacaq.

Kənan
Milli.Az

Seçilən
14
2
milli.az

3Mənbələr