BAKI, 23 avqust. TELEQRAF
“Rusiya ilə Ukrayna arasındakı müharibənin sülhlə bitməsi İstanbulda baş verəcək”.
Teleqraf xəbər verir ki, bunu Türkiyənin Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Baxçalı deyib.
Türkiyənin hələ müharibənin əvvəlində tərəflərə dialoq üçün ev sahibliyi etdiyini xatırladan MHP lideri bildirib ki, İstanbulda başlayan proses yenə İstanbulda sülhlə bitəcək.
“Prezidentimizin (Rəcəb Tayyib Ərdoğan) dünyada ayrı-ayrı münaqişə bölgələrində sülh və dialoq çağırışları və İstanbulun bu kontekstdə önə çıxması getdikcə aktuallaşan bu problemlərin həllində bir ümid işığı olaraq görülməlidir”, - Baxçalı qeyd edib.