AZ

Hər şey yaxın günlərdə hazır olacaq - Zelenski

Ukrayna Prezidenti Vladimir Zelenski ilə Niderlandın Baş nazirinin səlahiyyətlərini icra edən Dik Şof arasında telefon danışığı olub.

Axar.az xəbər verir ki, bu barədə Zelenski X səhifəsində yazıb.

O bildirib ki, Rusiya sülhə görə heç bir niyyət nümayiş etdirmir:

“Moskvanın mövqeyini dəyişmək üçün təzyiq və bütün məsələlərin müzakirəsi üçün ən yüksək səviyyədə görüş lazımdır”.

Şof ilə söhbətində Zelenski Ukrayna üçün potensial təhlükəsizlik təminatlarını da müzakirə edib:

“Hazırda Ukrayna, ABŞ və avropalı tərəfdaşların komandası bu mexanizmin arxitekturası üzərində işləyirlər. Hər şey yaxın günlərdə hazır olacaq. Biz Niderlandın bu prosesdə iştirakını necə artıra biləcəyi və təhlükəsizliyin təmin olunmasına necə kömək edə biləcəyi barədə danışdıq”.

Seçilən
19
8
axar.az

3Mənbələr