Bakı.Trend:
Son günlər sosial şəbəkələrdə Çin istehsalı olan avtomobillərinnasaz vəziyyətdə Bakıya gətirilməsi ilə bağlı məlumatlar genişmüzakirə olunur. İstifadəçilər bildirirlər ki, bəzi hallarda tamyeni, sıfır kilometr avtomobillərdə belə texniki qüsurlaraşkarlanıb. Bu isə alıcılar arasında narahatlıq yaradaraq, Çinavtomobillərinin keyfiyyəti ilə bağlı suallar doğurub.
Bəs, Çin istehsalı avtomobillərin texnikinasazlıqlarla ölkəyə gətirilməsinin qarşısını almaq üçün hansıtədbirlər görülməlidir?
Mövzu ilə bağlı Trend-ə açıqlasında Azərbaycan Avtomobil DilerləriAssosiasiyasının sədri Eyyub Əliyev bildirib ki, belə hallarlamətbuatda və sosial şəbəkələrdə rastlaşıb:
"Avtomobillərlə bağlı müəyyən şikayətlər də daxil olur. Buşikayətlər əsasən rəsmi idxalçılardan deyil, fərdi şəxslərtərəfindən ölkəyə gətirilən avtomobillərlə bağlıdır. Söhbət əsasənÇinin daxili bazarı üçün nəzərdə tutulan modellərdən gedir. Son 2-3ildə bu cür avtomobillərlə bağlı şikayətlər demək olar ki,səngimir. Müştərilərin aldadılması, yuxarı komplektasiyaya uyğunödəniş edilsə də, sadə versiyanın gətirilməsi, cızıq və ya nasazvəziyyətdə olan avtomobillərin təqdim olunması bu hallaranümunədir".
Onun sözlərinə görə, fərdi şəxslər tərəfindən gətirilənavtomobillərdə belə problemlər olub və olacaq:
"Ona görə də Azərbaycan Avtomobil Dilerləri Assosiasiyası olaraqbiz daim ictimaiyyətə çağırış edirik ki, avtomobili rəsmidilerlərdən alsınlar. Çünki bu halda, sabah hər hansı problemyaranarsa, müraciət edə biləcəyiniz məsul bir qurum olur. Təbii ki,bu fikirlər bütün hallara aid deyil, lakin Çindən avtomobil gətirənfərdi şəxslərin əksəriyyəti təəssüf ki, insanları aldadır,keyfiyyətsiz avtomobillər gətirirlər. Bu çox təəssüf doğuranhaldır. Ən böyük problemlərdən biri də odur ki, avtomobilkeyfiyyətli olsa belə, zəmanət verilmir. Halbuki dünyapraktikasında avtomobillərin geri çağırılması təcrübəsi var. Rəsmidilerlər vasitəsilə alınan avtomobillərdə istehsalçı tərəfindən yatəmir, ya da əvəzləmə təmin olunur. Ancaq qeyri-rəsmi yollarlaalınan avtomobillərdə bu imkanlardan yararlanmaq mümkün olmur".
Nəqliyyat məsələləri üzrə ekspert Eldəniz Cəfərov isə Trend-ə qeyd edib ki,avtomobilin harada istehsal olunmasından əvvəl hansı ölkə üçünistehsal olunması vacibdir:
"Burada söhbət avtomobilin hansı ölkə üçün istehsalolunmasından, hansı standartlara uyğun gəlməsindən, eləcə dətəhlükəsizlik və keyfiyyət tələblərinə cavab verib-verməməsindəngedir. Azərbaycan qanunvericiliyinə əsasən, istənilən avtomobilölkəyə idxal oluna bilməz. Bu sahədə müəyyən tələblər mövcuddur.Azərbaycanın avtomobil bazarı əsasən Avropa spesifikasiyasına uyğunqurulub və ölkəyə gətirilən avtomobillər də məhz bu standartlaracavab verməlidir".
O qeyd edib ki, Çindən 2 istiqamətdə avtomobillər ölkəmizəgətirilir:
"Birinci istiqamət rəsmi nümayəndəliyi olan şirkətlər tərəfindənölkəyə gətirilən avtomobillərdir. Bu avtomobillər istehsalçızəmanətinə malik olur və mövcud standartlara tam cavab verir.İkinci istiqamət isə fərdi şəxslərin Çindən fərdi qaydadagətirdikləri avtomobillərlə bağlıdır. Bu cür avtomobillərin nəistehsalçı zəmanəti, nə də rəsmi nümayəndəliyi olur. Bu, mütləqnəzərə alınmalıdır. Çünki istehsalçı zəmanəti olmayanavtomobillərdə texniki nasazlıqların və ya istehsal qüsurlarınınolması mümkündür və bu, istisna deyil".
"Belə halların qarşısını almaq üçün alıcılara tövsiyə edirəm ki,avtomobil alarkən onun istehsalçı zəmanətinə xüsusi diqqətyetirsinlər. Avtomobilin mütləq zavod tərəfindən verilmiş rəsmizəmanəti olmalıdır. Eyni zamanda nəzərə almaq lazımdır ki,Azərbaycanda həmin avtomobillərə texniki xidmət göstərə biləcəkrəsmi servis mərkəzləri fəaliyyət göstərməlidir. Çünki avtomobilsıfır kilometr olsa belə, istehsalçı zəmanəti yoxdursa və texnikiqüsur aşkarlanarsa, bu problemi heç kim aradan qaldırmayacaq", - E.Cəfərov deyib.