Vladimir Zelenski Rusiya prezidenti Vladimir Putinlə ikitərəfli görüşdə ərazi məsələlərini müzakirə etməyə hazırdır.
AFN.az xəbər verir ki, bunu avqustun 18-də Zelenskinin ABŞ prezidenti Donald Trampla görüşündə Kiyev nümayəndə heyətinin tərkibində olan Ukrayna xarici işlər nazirinin müavini Serhiy Kislitsa deyib.
"Zelenski açıq şəkildə bildirdi: o, prezident Putinlə danışıqlar masası arxasında oturmağa və ərazi məsələlərini müzakirə etməyə hazırdır. Ərazilərlə bağlı söhbətin başlanğıcı isə mövcud döyüş təmas xəttidir", - Kislitsa "NBC News"un "Meet the Press" telekanalına müsahibəsində deyib.