Azərbaycan karateçisi Çingiz Abbasov Türkiyənin İstanbul şəhərində keçirilən “Uluslararası Marmara Cup Turnuvası” beynəlxalq yarışında qızıl medal qazanıb.
Apasport.az xəbər verir ki, 22 kq çəki dərəcəsində (6-7 yaş kateqoriyası) mübarizə aparan təmsilçimiz həlledici mərhələdə yerli idmançıya qalib gəlib.
Qeyd edək ki, 28 ölkədən 1837 karateçinin qüvvəsini sınadığı turnirdə Azərbaycanı 67 idmançı təmsil edir. Uşaqlar, yeniyetmələr, gənclər və böyüklər arasında baş tutan yarışa avqustun 24-də yekun vurulacaq.
Azərbaycanda federasiya prezidenti qəfil dünyasını dəyişdi
“Zəfər Kuboku”nun açılış mərasimi keçirilib - FOTO
Karateçimiz dopinqə görə cəzalandırılıb
Bakıda “Zəfər Kuboku” turniri keçiriləcək
Karateçilərimiz Xorvatiyada iki bürünc medal qazanıblar - FOTO