AZ

IV qrup üzrə ən yüksək keçid balına malik 5 ixtisas açıqlandı

IV qrup üzrə ən yüksək keçid balına malik 5 ixtisas açıqlanıb...

Trend xəbər verir ki, bu qrup üzrə ən yüksək keçid balına malik ixtisas ATU-nun Tibb (ingiliscə) ixtisasıdır ki, onun keçid balı 683 bal olub.

ATU-nun Tibb ixtisası 624 bal, ATU-nun Stomatologiya ixtisası 615 bal, Qarabağ Universitetinin Tibb ixtisası 614 bal, Naxçıvan Dövlət Universitetinin Tibb (ingiliscə) ixtisası üzrə isə keçid balı 607 bal təşkil edib.

Qeyd edək ki, ali təhsil müəssisələrinin müsabiqəsində 88756 nəfər iştirak edib. Onlardan 57236 nəfəri (o cümlədən 6461 subbakalavr) ali təhsil müəssisələrinə qəbul olunub. 27956 (o cümlədən 1728 subbakalavr) nəfər dövlət sifarişi əsasında, 29280 (o cümlədən 4733 subbakalavr) nəfər isə ödənişli əsaslarla təhsil almaq hüququ əldə edib.

Poliqon.info 

Seçilən
25
3
poliqon.info

4Mənbələr