AZ

Qazaxıstan sosial mediasında Azərbaycan trendi: turist axını 20 faiz ARTIB

Son aylarda Qazaxıstandan olan sosial media istifadəçilərinin Azərbaycanla bağlı paylaşımları qlobal miqyasda trendə çevrilib. Onlar Azərbaycanın müxtəlif bölgələrindən videolar çəkib paylaşırlar, paylaşımlar qısa zamanda həm Qazaxıstan daxilində, həm də regionun digər ölkələrində yüz minlərlə şəxs tərəfindən izlənilir.

Bu maraq yalnız onlayn müstəvidə qalmayıb, real rəqəmlərdə də öz əksini tapıb. Belə ki, Azərbaycana gələn qazax turistlərin sayı nəzərəçarpacaq dərəcədə artıb.

Modern.az-ın Dövlət Statistika Komitəsindən əldə etdiyi məlumata əsasən, ölkəmizə yanvar-iyul aylarında gələn Qazaxların sayı ötən ilin eyni dövrü ilə müqayisədə 20 faizdən çox artıb. 

2025-ci ilin yanvar-iyul aylarında Azərbaycana dünyanın 182 ölkəsindən 1 milyon 477 min 900 əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib. Bu müddətdə ölkəmizdə səfər edən qazaxların ümumi sayı isə 59 min 116 nəfər olub. 

Ötən ilin eyni dövrü ilə müqayisədə Qazaxıstandan ölkəmizə gələn əcnəbi şəxslərin sayı 20,6 faiz artıb. 
Qeyd edək ki, 2024-cü ildə Qazaxıstandan Azərbaycana gələnlərin ümumi sayı 86 min 302 nəfər olub. 

Seçilən
13
1
modern.az

2Mənbələr