AZ

Kanadada 400 straus quş qripinə görə məhv ediləcək

Kanadada

Kanadada Federal Apellyasiya Məhkəməsi, Britaniya Kolumbiyasındakı Universal Ostrich Farms-da qalan bütün strausların məhv edilməsinə dair qərarı qüvvədə saxlayıb. Qərar, təsərrüfatda yüksəkpatogen quş qripi aşkarlandıqdan sonra qəbul olunub.Hadisə 2024-cü ilin dekabrında başlayıb: 36 gün ərzində 69 straus tələf olub – bu, təsərrüfatdakı ümumi sürünün 15%-i deməkdir. Laborator analizlərdən sonra virusun təhlükəli ştammı təsdiqlənib.Ferma sahibləri Karen Espersen və Deyv Bilinski uzun müddət məhkəmələrdə mübarizə apararaq sürünü xilas etməyə çalışsalar da, apellyasiya instansiyası onların iddiasını rədd edib.Kanadanın Qida Təhlükəsizliyinə Nəzarət Agentliyi bütün quşların məhv edilməsini əmr edib. Mütəxəssislər bu addımı virusun yayılmasının qarşısını almaq və digər kənd təsərrüfatı təsərrüfatlarını qorumaq üçün zəruri tədbir adlandırır.Ferma sahibləri qərardan dərin məyus olduqlarını bildirərək, quşları xilas etmək üçün bütün yolları sınadıqlarını vurğulayıblar.Ulusum.az

Diqqət Çəkənlər

Zəngə cavab vermədilər? WhatsApp yeniliyi

“Gözəllik menyusu”: dəri üçün qızıl üçlük

Dünyanın ən yaşlı sakini uzunömürlüyün SİRRİNİ AÇIQLADI

Seçilən
24
ulusum.az

1Mənbələr