AZ

Tehran və Moskva: Avropanın BMT-də İrana qarşı sanksiyaları bərpa etmək hüququ yoxdur

BAKI, TurkicWorld , Fərid Mikayılov

İranın xarici işlər naziri Abbas Əraqçi və Rusiya xarici işlər naziri Sergey Lavrov arasında baş tutan telefon danışığında tərəflər bildiriblər ki, Böyük Britaniya, Fransa və Almaniyanın BMT Təhlükəsizlik Şurasının (TŞ) İrana qarşı sanksiyaları bərpa etmək təşəbbüsü qanunsuzdur və bu ölkələrin belə bir səlahiyyəti yoxdur.

TurkicWorld xəbər verir ki, nazirlər xatırladıblar ki, Avropa dövlətləri BMT TŞ-nin 2231 saylı qətnaməsi çərçivəsində üzərlərinə götürdükləri öhdəlikləri yerinə yetirməyiblər və 2015-ci ildə imzalanmış Nüvə Razılaşmasına (JCPOA) əməl etməyiblər.

Onların ABŞ-la birgə iyun ayında İranın dinc nüvə obyektlərinə qarşı hücumlara dəstək verməsi isə “snapback” mexanizminə müraciət üçün əsasları tamamilə aradan qaldırıb.

Əraqçi və Lavrov Avropa üçlüyünün qətnamənin müddəti başa çatmazdan əvvəl sanksiyaların bərpasına nail olmaq cəhdlərini pisləyib və bu addımı siyasi təzyiq kimi qiymətləndiriblər.

Seçilən
25
turkic.world

1Mənbələr