AZ

Zelenski bunu yalnız Putinlə görüşdə müzakirə edəcək - Kislitsa

Ukrayna Prezidenti Vladimir Zelenski ərazi məsələsini müzakirə etməyə hazırdır, lakin bu, yalnız Rusiya lideri Vladimir Putinlə görüşdə mümkündür.

Axar.az xəbər verir ki, bunu "NBC Nyus"a müsahibəsində Ukrayna xarici işlər nazirinin birinci müavini Sergey Kislitsa deyib.

Diplomat qeyd edib ki, Zelenski ərazilərlə bağlı məsələdə həm Ukraynanın mövcud qanunvericiliyini, həm də ictimai rəyi rəhbər tutur:

"Ukrayna cəmiyyəti ərazilərimizin sülhlə dəyişdirilməsinin qəti əleyhinədir".

XİN rəsmisi əlavə edib ki, sülhlə bağlı proses dalana dirənməyib və irəliləyir:

"Təəssüf ki, istədiyimiz qədər tez deyil. Amma düşünürəm ki, ötən bazar ertəsi və Ağ Evdəki görüş son bir neçə ayın son dərəcə mühüm hadisələri idi. Bu, prezident Trampın həlledici rol oynadığı mühüm nailiyyət idi".
Seçilən
75
4
sherg.az

10Mənbələr