AZ

Tramp Epşteyn işi fayllarının Konqresə ötürülməsini dəstəkləyir

Tramp Epşteyn işi fayllarının Konqresə ötürülməsini dəstəkləyir

ABŞ prezidenti Donald Tramp uşaqlara təcavüz və bu qəbildən olan digər ağır cinayətlərdə təqsirli bilinən maliyyəçi Cefri Epşteynin işi ilə bağlı materialların ABŞ Ədliyyə Nazirliyi tərəfindən Konqresə təqdim edilməsini dəstəkləyir.

AFN.az xəbər verir ki, bu barədə Vaşinqton administrasiyasının rəhbəri avqustun 22-də Ağ Evdə jurnalistlərə açıqlamasında bildirib.

ABŞ Ədliyyə Nazirliyi tərəfindən yuxarıda qeyd olunan sənədlərin Nümayəndələr Palatasının Nəzarət və Hesabatlılıq Komitəsinə təhvil verilməsinə başlaması ilə bağlı sualı cavablandıran Tramp bildirib ki, günahsız insanlara zərər dəyməməlidir: "Lakin mən bu məsələdə tam şəffaflığın tərəfdarıyam. Mən bu barədə heç nə bilmirəm. Amma mən hamıya - ABŞ-ın baş prokuroru Pam Bondi və başqa hər kəsə - qanunvericilərə verə biləcəkləri hər şeyi vermələrini söylədim".

"Bu materialda buna layiq olmayan bir çox insan ola bilər", - deyən Tramp əlavə edib ki, Epşteyn "Palm Beach"də hamını tanıyırdı.

Tramp həmçinin Epşteyn işi ilə bağlı bəzi detalların demokratlar tərəfindən siyasi məqsədlər üçün uydurulduğuna əminliyini ifadə edib.

Seçilən
23
afn.az

1Mənbələr