AZ

Bu ixtisasın keçid balı 683 olub

Ötən gün ali məktəblərə ixtisas seçiminin nəticələri elan olunub.

 IV qrupda 10 abituriyent 600-dən yuxarı bal toplasa da, ərizələrində məhdud sayda ixtisas kodu göstəriblər və nəticədə müsabiqədən keçməyiblər.

Həmin yerlərə daha yüksək bal toplayan abituriyentlər qəbul olunublar və keçid balı yüksək olub.

IV qrupda ən yüksək keçid balı Azərbaycan Tibb Universitetinin ingilis dilində Tibb ixtisasında olub. Bu ixtisasda 13 nəfər oxuyacaq və keçid balı 683.7-dir. Eyni ixtisasın Azərbaycan bölməsində isə keçid balı 624.3 olub.

Qarabağ Universitetində Tibb ixtisasının keçid balı isə 614.6 formalaşıb.

Bu linkə keçid edərək IV ixtisas qrupu üzrə ixtisaslar və minimal keçid balları, qəbul olunanların sayı, eləcə də plan yerləri ilə tanış ola bilərsiniz.

Qeyd edək ki, ali təhsil müəssisələrinin müsabiqəsində 88756 nəfər iştirak edib. Onlardan 57236 nəfəri (o cümlədən 6461 subbakalavr) ali təhsil müəssisələrinə qəbul olunub. 27956 (o cümlədən 1728 subbakalavr) nəfər dövlət sifarişi əsasında, 29280 (o cümlədən 4733 subbakalavr) nəfər isə ödənişli əsaslarla təhsil almaq hüququ əldə edib.

 

Seçilən
31
12
7news.az

10Mənbələr