AZ

Ekspert: “İran Azərbaycana hərbi müdaxiləyə risk etməz”

Məlum olduğu kimi, Azərbaycan Prezidenti İlham Əliyev Kəlbəcərdə səfərdə olarkən bir sıra mühüm açıqlamalar verib.

Tribunainfo.az xəbər verir ki, həmin açıqlamalardan biri Azərbaycanın müharibəyə hazırlıqlı olması ilə bağlıdır.

Bu məsələyə artıq qonşu İran və Rusiyadan ilkin reaksiyalar gəlməyə başlayıb. İranlı siyasi tədqiqatçı Meysəm Badamçı bildirib ki, Prezident İlham Əliyevin “Müharibəyə hazır olmalıyılq” bəyanatı İran və Rusiyadan gözlənilən təhdidlərlə bağlı ola bilər. “Daha çox, bu Rusiyadan gözlənilən təhdidlə əlaqəlidir. Çünki hazırda iki ölkə arasında münasibətlər çox gərgindir. Onun hərbi toqquşmaya çevrilmə perspektivi çoxdur”.

Badamçı hesab edir ki, bu fikirlərin Ermənistanla əlaqəli olması inandırcı deyil. “Ermənistan çox kiçikdir və Azərbaycanın qarşısında duruş gətirə bilməz. Xüsusən indiki dönəmdə”.

İranlı ekspert həmçinin İranın da Azərbaycana hücum edəcək qədər risk almasına inanmır. “İran Zəngəzur dəhlizi məsələsində hərbi vasitəyə əl ata bilməz. Bu, onun özü üçün ciddi problem yarada bilər. Ümumiyyətlə, belə bir yanaşma qeyr-ciddi səslənir”.

Tribunainfo.az bildirir ki, “Vzqlyad” qəzetinə açıqlama verən politoloq, Xarici İşlər Nazirliyinin Diplomatik Akademiyasının IAMP Mərkəzinin rəhbəri Vadim Kozyulin deyib ki, Bakı Ermənistan parlamentində sülh sazişinin ratifikasiya olunmasına təkan vermək istəyir. “Beləliklə, Bakı İrəvanı yenidən güclü ssenariyə əl atmağa hazır olduğu barədə xəbərdarlıq edir. Bundan başqa, Əliyevin sözləri Azərbaycan tərəfinin Zəngəzur dəhlizinin inkişafına qarşı çıxan Tehrana siqnal sayıla bilər”.

Fərda Uğur

Seçilən
7
1
tribunainfo.az

2Mənbələr