Qol.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.
“Arsenal”ın qapıçısı Karl Heyn karyerasını Almaniyada davam etdirəcək.
QOL.az xəbər verir ki, o, icarə əsasında "Verder"ə keçib. Bu haqda klubun mətbuat xidməti məlumat yayıb.
23 yaşlı qolkiperlə 1 illik müqavilə imzalanıb.
Qeyd edək ki, Heyn ötən mövsümü icarə əsasında “Valyadolid”də keçirib. Estoniyalı futbolçu La Liqada 31 oyuna çıxıb və 68 qol buraxıb.
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.