AZ

Pasiyentin ölümünə səbəb olan həkim yenidən fəaliyyətə başlayıb?

Qaynarinfo portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Bakıda əməliyyat etdiyi pasiyentin ölməsindən sonra fəaliyyəti dayandırılan Nigar Məmmədovanın yenidən paytaxtdakı özəl müəssisələrin birində əməliyyatlar etdiyi ilə bağlı iddialar yayılıb. 

Qaynarinfo xəbər verir ki, həmin klinikadan artıq bir həftədir ki, onun işə başladığını təsdiqləyiblər. 

N. Məmmədova isə bildirib ki, klinikada yalnız xəstə qəbul edir. Aidiyyəti qurumlar tərəfindən onun fəaliyyətinə qadağa qoyularsa, qanuna əməl edəcək. 

Səhiyyə Nazirliyindən isə plastik cərrahlarla bağlı təsdiqlənmiş son siyahıda N.Məmmədovanın adının olmadığı əvvəlcədən açıqlamışdı. 

Xatırladaq ki, N. Məmmədovanın adı əvvəllər bir neçə dəfə pasiyentlərlə bağlı qalmaqallarda hallanmışdı.

Bildirilirdi ki, Rusiya vətəndaşı olan 37 yaşlı Arzu Sadıqova "Mərcan” klinikasında ümumi cərrah Nigar Məmmədova tərəfindən icra olunan abdominoplastika və liposaksiya əməliyyatından sonra ölüb.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
9
5
qaynarinfo.az

6Mənbələr