AZ

Müğənni Canan eşşəkdən bezib ondan at istəyən çobana BELƏ CAVAB VERDİ VİDEO KONKRET

ain.az bildirir, Konkret.az saytına əsaslanaraq.

Bir müddət öncə sosial şəbəkələrdə müğənni Cananın 30 min dollara at alması müzakirələrə səbəb olub. Bu zaman izləyicilərdən olan bir çoban “Kaş birini də mənə alardı, bu eşşəkdən canım qurtarardı” deyə paylaşım edib. Onun paylaşımı böyük marağa səbəb olub və trendə düşüb. Hər kəs müğənninin çobana nə cavab verəcəyini maraqla gözləyib.

KONKRET.az bu cavabı almaq üçün müğənni Cananla əlaqə saxlayıb.

Saytımıza açıqlamasında müğənni paylaşım edən həmin şəxslə artıq əlaqə saxladığını deyib:

“Qardaş Türkiyədə çobanlıq edir, orada yaşayır. Əlimdən nə gəlirsə, həmin şəxs üçün edəcəm. Burada ailəsi varsa onlara, yoxdursa özünə köməklik göstərəcəm. Bir Azərbaycan övladı, vətəndaşı kimi bunu özümə borc bilirəm”.

Müğənni əlavə edib ki, sosial şəbəkədə yazılan hər sətirə laqeyd yanaşmaq olmaz və imkan daxilində ehtiyacı olan insanlara dəstək göstərmək hər kəsin borcudur.

Həmin videonu təqdim edirik:

https://konkret.az/cloud/uploads/2025/08/canan.fan_.page_7541379776469028103.mp4

Aynurə İsmayıl

KONKRET.az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
35
1
konkret.az

2Mənbələr