AZ

Kalorini sərt kəsmək niyə əks təsir göstərir?

Kalorini

Çoxları arıqlamaq istəyərkən elə səhvlərə yol verir ki, nəticədə təkcə kilo vermək çətinləşmir, əksinə bədən çəkisi daha da arta bilər. Bu barədə endokrinoloq-diyetoloq Oksana Mixaleva “Qazeta.ru”ya danışıb.👎 Ən böyük səhv – kəskin kalori məhdudiyyəti. İnsanlar tez arıqlamaq üçün kalorini sərt şəkildə azaldır, nəticədə metabolizm yavaşıyır, əzələ kütləsi itir. Xüsusən zülal çatışmazlığı olduqda yağların sürətlə geri qayıtması qaçılmaz olur. Mixalevanın sözlərinə görə, 60–70 kiloqramla başlayanlar bir neçə ildən sonra 100 kq-dan yuxarı çıxa bilirlər.🥂 İkinci yanlış – diyet zamanı spirtli içki qəbulu. Alkoqol kalorili olmaqla yanaşı, çox vaxt yüksək kalorili qəlyanaltılarla birlikdə istehlak olunur və nəticəni məhv edir.🥚 Monodiyetlər də təhlükəlidir – gün ərzində yalnız bir məhsulla (kefir, yumurta, ət və s.) qidalanmaq orqanizmdə qida çatışmazlığı yaradır, mübadilə proseslərini pozur və diyet bitdikdən sonra sürətli kökəlməyə səbəb olur.🏃‍♀️ Fiziki aktivliyin azaldılması da ciddi səhvdir. Hərəkətsizlik əzələlərin daha çox itirilməsinə, metabolizmin zəifləməsinə gətirir.🍽 Sonuncu səhv – yeməklərin bərabər paylanmaması. Gün boyu ac qalmaq və günün sonunda ağır şam yeməyi kilo vermə prosesini xeyli çətinləşdirir.Ulusum.az

Diqqət Çəkənlər

Pomidor acikası – hər qarnirin kraliçası

Emin Əmrullayev Əmr imzalayıb

Federasiya rəhbərinin idmançı oğlu faciəvi şəkildə öldü

Seçilən
5
ulusum.az

1Mənbələr