525.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.
Bakının Badamdar qəsəbəsini Əhməd Cavad (Nizami Bağı) küçəsi ilə əlaqələndirən 31 nömrəli marşrutda istismar olunan avtobusların mərhələli qaydada yenilənməsinə başlanılıb.
525.az-a bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) istinadən xəbər verir.
AYNA tərəfindən daşıyıcıya avtobus parkının yenilənməsi ilə bağlı verilən tapşırığa əsasən, 2025-ci il Çin istehsalı olan “Yutong” markalı 4 müasir, komfortlu və iritutumlu avtobus avqustun 23-dən daşımalara cəlb edilib.
“Yaxın aylarda xətdə olan digər avtobusların da yenilənməsi təmin ediləcək”, - məlumatda deyilir.
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.