AZ

Madurodan ABŞ-a ağır İTTİHAM: Bu, əxlaqsızlıq, cinayət və qanunsuzdur

Venesuela prezidenti Nikolas Maduro ABŞ-ı ölkəsində rejim dəyişikliyi etmək üçün “terror və hərbi üsullardan” istifadədə ittiham edib.

Publika.az xəbər verir ki, Venesuelanın paytaxtı Karakasda keçirilən Milli Assambleyada çıxış edən Maduro ABŞ-ın ölkəsinə qarşı planlarını “əxlaqsızlıq, cinayət və qanunsuz” adlandırıb.

"Onların Venesuelanı hədələməsi, yəni rejim dəyişikliyinə cəhdlər terror və hərbi üsuldur. Bu, əxlaqsızlıq, cinayət və qanunsuzdur. Beynəlxalq hüquq açıq şəkildə suveren dövlətlərə qarşı güc tətbiq etmək təhdidini qadağan edir", - deyə Maduro bildirib.

ABŞ-ın daha əvvəl bir çox ölkədə hərbi müdaxilə cəhdi etdiyini, lakin uğursuzluğa düçar olduğunu vurğulayan Maduro hesab edir ki, eyni üsul Venesuelada da sınansa, nəticə uğursuz olacaq.

Seçilən
72
publika.az

1Mənbələr