AZ

Bu gün dövlət mühafizəsi sahəsində çalışan əməkdaşların peşə bayramıdır



1993-cü ildə Ümummilli Lider Heydər Əliyevin müvafiq Fərmanı ilə Ali Dövlət Hakimiyyət və İdarəetmə Orqanları Baş Mühafizə İdarəsinin yaradıldığı gün - avqustun 23-ü ölkəmizdə dövlət mühafizəsi sahəsində çalışan əməkdaşların peşə bayramı günü kimi qeyd olunur.

aia.az xəbər verir ki, Ulu Öndər Heydər Əliyevin ölkəmizdə dövlət mühafizə sistemi ilə bağlı siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində bu sahə sürətlə inkişaf edib.

Prezident İlham Əliyev 2025-ci il avqustun 22-də “Azərbaycan Respublikası Dövlət Mühafizə Xidmətinin hərbi qulluqçularının təltif edilməsi haqqında” Sərəncam imzalayıb. Sərəncama əsasən, xidməti vəzifələrini yerinə yetirərkən fərqləndiklərinə görə 3 nəfər “Vətən uğrunda”, 6 nəfər “İgidliyə görə”, 27 nəfər isə “Hərbi xidmətlərə görə” medalı ilə təltif olunub.

Azərbaycan bir çox əsas təhlükəsizlik parametrlərinə görə öncül mövqeyə yüksəlib. Dövlət mühafizə sahəsinin çoxminli kollektivi onlara göstərilən ali etimadı nümunəvi xidmətləri ilə daim ən yüksək səviyyədə doğrultmağa çalışır, ölkəmizin təhlükəsizliyinin təmin olunmasına önəmli töhfələr verirlər. Onları peşə bayramları münasibətilə təbrik edir, uğurlu xidmət arzulayırıq.



Seçilən
23
9
aia.az

10Mənbələr