AZ

Türkmənistan-Azərbaycan-Özbəkistan formatının perspektivləri



Avqustun 22-də Azərbaycan Prezidenti İlham Əliyevin Türkmənistana işgüzar səfər edib.Səfər zamanı Azərbaycan Prezidenti ilə Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədovun görüşləri olub.Bu görüşləri iyulun 16-da Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədovun Azərbaycana səfəri zamanı keçirilən görüşlərin bir növ davamı kimi qiymətləndirmək olar.Qurbanqulu Berdiməhəmmədovun keçən ay Azərbaycana səfəri zamanı Bakıda əhatəli danışıqlar apardıqdan sonra səfərin növbəti günü, iyulun 17-də həm də Azərbaycanın işğaldan azad olunmuş ərazilərini, o cümlədən Füzuli və Şuşa şəhərlərini ziyarət etməsi Türkmənistan və Azərbaycanın qardaş dövlətlər, qardaş xalqlar kimi bir-birinin yanında olması baxımından çox mühüm əhəmiyyət kəsb edir.

Həm keçən ay Azərbaycanda,həm də indi Türkmənistanda keçirilən görüşlər zamanı iki ölkə arasında əməkdaşlığın genişləndirilməsi və dərinləşdirilməsi məsələləri nəzərdən keçirilib. İki ölkə arasında əlaqələrin genişləndirilməsi üçün böyük potensialın olduğu, ölkələrimiz arasında ticarət dövriyyəsinin artırılması, enerji, nəqliyyat, logistika, tranzit, rəqəmsallaşma, mədəni əlaqələr üzrə böyük perspektivlərin olduğu qeyd edilib.

Azərbaycan Prezidentinin Türkmənistana səfəri çərçivısində həm də Azərbaycan,Türkmənistan,Özbəkistan arasında yüksək səviyyəli Zirvə görüşü keçirilib və mühüm sənədlər imzalanıb.Bu görüş və imzalanan sənədlər göstərir ki,avqustun 8-də Azərbaycan Prezidenti İlham Əliyev, ABŞ Prezidenti Donald Tramp və Ermənistanın Baş naziri Nikol Paşinyanın Vaşinqton görüşündən sonra region ölkələrinin əməkdaşlığına yeni abı-hava gəlib. Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin təsis edilməsi haqqında Bəyannamə Azərbaycanın 2020-ci il qələbəsini, 2023-cü il sülh razılaşmasını və regionda qurduğu yeni təhlükəsizlik nizamını bir daha təsdiq etməsi,həmin Bəyannamənin ABŞ-in Azərbaycanla münasibətlərini "strateji tərəfdaşlıq" səviyyəsinə qaldırılmasına yol açması,eləcə də İmzalanan Birgə Bəyannamənin əsas müddəalarından birinin Azərbaycan və Ermənistan arasında nəqliyyat və kommunikasiya əlaqələrinin açılması öhdəiyinin olması, Zəngəzur dəhlizinin açılması üçün hüquqi əsasın yaradılması təkcə Azərbaycan və Ermənistan üçün yox,bütövlükdə bölgə ölkələrinin xeyrinədir. Zəngəzur dəhlizinin açılması Azərbaycanın Türkiyə və Türk dünyası arasında əlaqələrinin güclənmsinə də öz töhfəsini verəcək.Bu kontekstdə Azərbaycan, Türkmənistan,Özbəkistan arasında yüksək səviyyəli Zirvə görüşüdə əməkdaşlığın əsas istiqaməti nəqliyyat sektoru ilə bağlı perspektivlər oldu.“Böyük İpək Yolu”nun bərpası üçün Avropanı Asiya ilə birləşdirən nəqliyyat dəhlizləri çərçivəsində əlaqələri genişləndirmək barədə razılığa gəlindi. Xüsusən, Mərkəzi Asiyanın və Xəzər hövzəsinin nəqliyyat infrastrukturunun gücləndirilməsi imkanlarını nəzərdən keçirildi.

Azərbaycan-Türkmənistan-Özbəkistan Zirvə görüşü çoxtərəfli münasibətlər baxımından tarixi əhəmiyyət daşıyır.Bu görüşdə üç qardaş dövlətin əməkdaşlığı tarixində yeni bir səhifə açıldı. Yeni, perspektivli, sülhə və tərəfdaşlığa yönəlmiş əməkdaşlıq formatı yaradıldı.Bu görüş həm də onu göstərir ki, Azərbaycan-Türkmənistan-Özbəkistan münasibətləri yeni fazaya keçib və yüksəliş dövrünü yaşayır.Türkmənistan, Azərbaycan Respublikası və Özbəkistan Respublikası arasında yüksək səviyyəli görüşün yekunlarına dair birgə bəyanatda xüsusi vurğulandığı kimi,bu görüş xalqlarımızın maraqları naminə strateji tərəfdaşlığın dərinləşdirilməsinə yönəlmiş möhkəm siyasi iradəni əyani şəkildə nümayiş etdirdi.Bu tarixi görüş ölkələrimiz arasında qarşılıqlı faydalı əməkdaşlığın dərinləşməsinə, dayanıqlı ticarət, nəqliyyat və energetika dəhlizlərinin yaradılmasına, həmçinin regional inteqrasiya proseslərinin sürətlənməsinə xidmət edəcək.

Azərbaycan, Türkmənistan və Özbəkistan Şərqlə Qərbi birləşdirən mühüm geostrateji mövqeyə malikdir.Bu amil ölkələrimiz qarşısında nəqliyyat-tranzit əməkdaşlığı sahəsində yeni imkanlar açıb. Bu üç ölkənin iqtisadi əməkdaşlıq baxımından potensialınının yüksək səviyyədə hərəkətə gətirilməsi regionumuz daxilində geoiqtisadi əməkdaşlığı gücləndirməyə imkan verəcək,bu isə təkcə Azərbaycan,Türkmənistan və Özbəkistana yox,həm də bütövlükdə Avrasiya regionunun inkişafına töhfə verəcək. Azərbaycan-Türkmənistan-Özbəkistan förmatı həm Türk Dövlətlərinin əməkdaşlığının genişlənməsində, həm də Mərkəzi Asiya ölkələrinin Avropa ilə inteqrasiasında Azərbaycanın rolunu və əhəmiyyətini artırır.

Əli Məsimli
Milli Məclisin deputatı
Seçilən
9
4
newscenter.az

5Mənbələr