AZ

Azərbaycanda bir ildə yüksək sürətli internet abunəçilərinin sayı - 47 DƏFƏ ARTDI

Bu il ərzində Azərbaycanda internet abunəçilərinin sayında və strukturunda ciddi dəyişikliklər baş verib.

FED.az bu barədə Dövlət Statistika Komitəsinin açıqladığı rəqəmlərə istinadən xəbər verir.

Son statistik məlumatlara əsasən, 2024-cü ildə ümumi internet abunəçilərinin sayı əvvəlki illə müqayisədə 626 min  107 nəfər və ya 36,9% artaraq 2 milyon 323 min 965-ə çatıb. Əsas dəyişiklik aşağı sürətli internetdən imtina və 100 Mbit/s-dən yüksək sürətli internetə kütləvi keçidlə bağlıdır.

Belə ki, 2023-cü ildə 1 milyon 697 min 858 olan abunəçi sayı bir il ərzində kəskin şəkildə artıb.

Sürət göstəriciləri üzrə müqayisə göstərir ki, ən yüksək sürətli internetə tələbatda kəskin irəliləyiş görünür.

Belə ki, 100 Mbit/s və daha yüksək sürətli internet istifadəçilərinin sayı təxminən 47 dəfə artaraq 23 min 329-dan 1 milyon 094 min 319-a çatıb.

Bunun əksinə olaraq, aşağı sürətli internetdən imtina prosesi gedir. 10-30 Mbit/s-dək sürətli qoşulmaların sayı 2,5 dəfədən çox azalaraq 104 min 650-yə, ən zəif – 256 kbit/s-dən 2 Mbit/s-dək olan internetdən istifadə edənlərin sayı isə 4,5 dəfədən çox azalaraq 70 min 171-ə enib.

Qeyd edək ki, köhnə nəsil ADSL və HDSL texnologiyası üzrə abunəçi sayı da 3 dəfədən çox azalaraq 701 min  068-dən 228 min 016-ya düşüb. 

Seçilən
5
fed.az

1Mənbələr