BAKI, 23 avqust. TELEQRAF
Cənubi Koreya ölkənin cənub sərhədi bölgəsində Koreya Xalq Demokratik Respublikası (KXDR) hərbçilərinə qarşı pulemyotdan on dəfədən çox xəbərdarlıq atəşi açıb.
Teleqraf xəbər verir ki, bu barədə KXDR ordusunun bəyanatında deyilir.
Şimali Koreya tərəfi tikinti işləri aparan hərbçilərə qarşı 12,7 millimetr çaplı pulemyotdan atəş açıldığını iddia edib.