AZ

Pulmonoloq: Siqaret tüstüsü saçdan, dəridən və paltardan da orqanizmə keçir

ain.az bildirir, Oxu.az saytına əsaslanaraq.

"Tütün tüstüsündən qorunmaq üçün siqaret çəkən şəxsdən ən azı 20 metr aralıda olmaq lazımdır".

Oxu.Az Gazeta.ru-ya istinadən xəbər verir ki, bu barədə rusiyalı pulmonoloq, allerqoloq-immunoloq və pediatr Pavel Berejanski xəbərdarlıq edib.

Mütəxəssisin sözlərinə görə, tütün tüstüsü hissəcikləri 20 metr məsafəyə qədər yayılaraq səthlərə çökür. Daha sonra həmin hissəciklər tənəffüs yolları və ya dəri vasitəsilə insan orqanizminə daxil ola bilir.

"Siqaret çəkəndən 20 metrdən uzaqda olsanız belə, xüsusilə qapalı məkanlarda tüstü hissəcikləri yenə də bədənə çata bilər. Onlar paltara, saça, dəriyə hopur və daha sonra nəfəs yolu ilə orqanizmə ötürülür", - deyə həkim qeyd edib.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
19
oxu.az

1Mənbələr