AZ

"Ət yeyən" bakteriya sürətlə yayılır - ABŞ təşviş içində

ABŞ-da "ət yeyən" bakteriya halları artmaqdadır. Ölkənin sahilyanı ərazilərində "Vibrio vulnificus" bakteriyası sürətlə yayılır.

Publika.az xəbər verir ki, bu barədə “Tribune” məlumat yayıb.

Xəstəliklərə Nəzarət və Qarşısının alınması Mərkəzinin (CDC) məlumatına görə, infeksiya Florida və Luiziana da daxil olmaqla 11 ştata yayılıb.

Bəziləri ölümlə nəticələnən onlarla hal qeydə alınıb. Hər beş yoluxma hadisəsindən biri 48 saat ərzində ölümlə nəticələnir.

Bakteriyalar isti, duzlu suda yaşayır. Bədənə az bişmiş dəniz məhsulları və hətta kiçik ölçülü açıq yara vasitəsilə daxil ola bilər.

Seçilən
3
2
publika.az

3Mənbələr