AZ

Kainatı dəyişən sirli qaranlıq enerjinin mənbəyi aşkar edildi

ain.az, Oxu.az saytına istinadən bildirir.

Qaranlıq Enerji Spektroskopik Aləti (DESI) missiyasında iştirak edən beynəlxalq tədqiqatçılar qrupu cəsarətli bir nəzəriyyə irəli sürüb. Onların fikrincə, qara dəliklər sirli qaranlıq enerjinin mənbəyi ola bilər.

Oxu.Az xəbər verir ki, bu barədə məqalə "Physical Review Letters" jurnalında dərc olunub.

"Ulduzlar qara dəliklərə düşdükdə, daxil olan maddəni tədricən qaranlıq enerjiyə çevirən proses işə salınır. Bu transformasiya ulduzların əmələ gəlmə sürəti ilə sinxron şəkildə baş verir", - müəlliflər izah ediblər.

Yeni nəticələr DESI məlumatlarının və kosmik mikrodalğalı fonun müşahidələrinin birləşməsinə əsaslanır.

Bildirilir ki, qaranlıq enerji kainatın təkamülünə təsir edərək onu dəyişir. Qara dəliklər bu prosesin "mühərrikləri" ola bilər.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
3
oxu.az

1Mənbələr