AZ

Niderlandın xarici işlər naziri İsrailə qarşı tədbir görə bilmədiyi üçün istefa verib

Niderlandın xarici işlər naziri Kaspar Veldkamp İsrailə qarşı tədbir görə bilmədiyi üçün istefa verib.

APA xəbər verir ki, bu haqda NOS məlumat yayıb.

Məlumatda hökumətin digər üzvlərinin Veldkampın atmaq istədiyi addımlara mane olunduğu bildirilir.

"Mən Nazirlər Kabinetinin Qəzza və İordan çayının qərb sahilindəki hadisələrə uyğun olan əlavə tədbirlərə qarşı müqavimətini hiss etdim. Mən istefamı təqdim edəcəyəm", - Veldkamp deyib.

Nazir izah edib ki, zəruri hesab etdiyi siyasəti müstəqil şəkildə həyata keçirmək imkanında özünü zəif hiss edir və yaxın aylarda vəziyyətin dəyişəcəyinə şübhə edir.

Seçilən
17
3
apa.az

4Mənbələr