İstefadan əvvəl Niderlandın Nazirlər Kabinetinin cümə günü keçirilən iclasında Veldkampın Qəzza zolağında hərbi əməliyyatla əlaqədar İsrailə qarşı təklif etdiyi əlavə sanksiyalar bir neçə saat ərzində müzakirə olunub.
Ajans.az xəbər verir ki, bu barədə NU.nl xəbər portalı məlumat yayıb. Veldkampın sözlərinə görə, o, bu istiqamətdə ciddi əlavə addımlar atmaq iqtidarında olmadığı qənaətinə gəlib. Qərarını izah edən siyasətçi zəruri hesab etdiyi tədbirlərin müstəqil və sərbəst həyata keçirilməsi üçün heç bir şəraitin olmadığını da bildirib.