AZ

Tramp Boltonun evində axtarış aparılmasından xəbərsiz olduğunu bildirib

ABŞ Prezidenti Donald Tramp keçmiş milli təhlükəsizlik müşaviri Con Boltonun evində axtarış aparılmasından xəbərsiz olduğunu bildirib.

“Report” xəbər verir ki, bu barədə BBC telekanalı məlumat yayıb.

Bununla belə, Ağ Evin rəhbəri Con Boltonun pərəstişkarı olmadığını vurğulayıb.

“Mən bu barədə bilmək istəmirəm. Buna ehtiyac yoxdur. Bəlkə də belə daha yaxşı olar”, - deyə o, keçmiş müşaviriniin evində axtarış aparılmasına reaksiya verib.

Buna baxmayaraq, Prezident Boltonu hökumətə sədaqətsiz hesab etdiyini vurğulayıb.

“O, çox qeyri-vətənpərvər ola bilər, bunu öyrənəcəyik”, - o, fikrini yekunlaşdırıb.

Seçilən
0
3
demokrat.az

5Mənbələr