AZ

Sergey Markov: "Putinin siyasətini dəstəkləmişəm və dəstəkləyirəm"

"Mənə hücumları Rusiyanın və Vladimir Putinın siyasətinin düşmənləri həyata keçirirlər. Gələcəkdə onlar ya özlərini satqın kimi göstərəcəklər, ya da korrupsioner məmurlar kimi işdən çıxarılacaqlar".

Bunu Rusiyada xarici agent elan edilən politoloq Sergey Markov özünün "Telegram" kanalında yazıb.

"Mən xarici agent deyiləm. Bunu hamı bilir. Mən 25 il ərzində Vladimir Putinin siyasətini dəstəkləmişəm və dəstəkləyirəm. Mən Kanada sanksiyaları altındayam", - Markov bildirib.(Oxu.az)

Poliqon.info

 

 

 

Tarix: 22 Avqust 2025, 20:09

Seçilən
19
4
poliqon.info

9Mənbələr