Bunu Demokrat.az-a müsahibəsində millət vəkili Aydın Hüseynov deyib. O bildirib ki, səfər çərçivəsində tərəflər enerji, nəqliyyat, ticarət və humanitar sahələrdə əməkdaşlığın genişləndirilməsini müzakirə edir, Xəzər regionunda iqtisadi inteqrasiyanın dərinləşdirilməsi, nəqliyyat-logistika imkanlarının birgə istifadəsi, həmçinin beynəlxalq platformalarda qarşılıqlı dəstəyin artırılması nəzərdə tutulur:

"Bu səfər Azərbaycan ilə Türkmənistan arasında tarixi dostluq və qardaşlıq münasibətlərinin möhkəmlənməsinə, ikitərəfli əməkdaşlığın gələcək perspektivlərinin müəyyənləşdirilməsinə və regionda uzunmüddətli tərəfdaşlığın formalaşmasına xidmət edir".
Cavidan Mirzəzadə
Demokrat.az