AZ

Estoniya Ukraynaya az sayda hərbçi göndərməyə hazırdır

Estoniya Ukraynada sülhməramlı əməliyyatda iştirak etməyə hazırdır.

“Report” xəbər verir ki, bu barədə “Reuters” agentliyi ölkənin Baş naziri Kristen Mixalın bəyanatına istinadən xəbər verir.

Onun sözlərinə görə, əməliyyatda bir bölüyə ekvivalent qüvvə iştirak edə bilər, lakin siyasətçi hərbçilərin dəqiq sayını açıqlamayıb.

Qeyd edək ki, daha əvvəl Fransa Prezidenti Emmanuel Makron və Böyük Britaniyanın Baş naziri Kir Starmer “Arzu edənlər koalisiyası” çərçivəsində müharibədən sonrakı nizamlanma çərçivəsində qoşunların yerləşdirilməsinin tərəfdarı olduğunu bildiriblər.

Almaniya Kansleri Fridrix Merts də öz növbəsində Almaniyanın iştiraka hazır olduğunu bildirib.
Seçilən
0
2
sherg.az

3Mənbələr