AZ

Orxan Sadıqlı yeni mövsümə harada başlayacaq? - Klubu bəlli oldu

Ötən mövsüm formasını geyindiyi 2-ci Liqa təmsilçisi "Şəmkir"dən ayrılan qapıçı Orxan Sadıqlının yeni mövsümə harada başlayacağı bəlli olub.

32 yaşlı qolkiper 1-ci Liqanın iddialılarından sayılan "Mingəçevir"lə anlaşıb.

Onun "işıqçılar"la münasibətləri rəsmiləşdirib-rəsmiləşdirmədiyi bilinməsə də, hazırda sözügedən komandanın məşqlərində iştirak etdiyi dəqiqdir. 

Xatırladaq ki, "Şəmkir" ötən mövsüm 2-ci Liqadakı mübarizəni 50 xalla 5-ci yerdə başa vurub. "Mingəçevir" isə 1-ci Liqada 4-cü olub. \\Fanat.Az

Seçilən
2
2
hurriyyet.az

3Mənbələr