AZ

“Onlar buz və od kimidirlər” Tramp

Qafqazinfo portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

ABŞ Prezidenti Donald Tramp Ukrayna lideri Volodimir Zelenski ilə Rusiya Prezidenti Vladimir Putin arasında mümkün görüşdə iştirak etməməyi üstün tutacağını bildirib.

“Qafqazinfo”  xəbər verir ki, bu  barədə “European Pravda” məlumat yayıb.

Ukrayna və Rusiya liderləri arasında görüşün perspektivləri ilə bağlı suala Tramp onların ikisinin birlikdə işləyəcəyini bildirib.

“Bilirsiniz, onlar buz və od kimidirlər. Məlum səbəblərdən o qədər də yaxşı yola getmirlər. Amma biz onların birlikdə işləyəcəyini görəcəyik. Bundan sonra mənim o görüşdə iştirak edib-etməyəcəyim barədə qərar verəcəm”,-deyə Tramp bildirib.

Qeyd edək ki, Ağ Ev rəhbəri daha əvvəl iki həftə ərzində Ukraynada sülhün əldə olunması imkanlarını qiymətləndirə biləcəyini gözlədiyini açıqlamışdı.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
15
6
qafqazinfo.az

10Mənbələr