Rusiya prezidenti Vladimir Putin Nijni Novqorod vilayətində yerləşən qapalı Sarov şəhərinə gedib.
"Unikal" xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
Qeyd edək ki, Rusiya Federal Nüvə Mərkəzi - Rosatomun Ümumrusiya Tədqiqat Eksperimental Fizika İnstitutu bu şəhərdə yerləşdiyi üçün bura "nüvə şəhəri" adlanır.
Prezident Sarova sonuncu dəfə şəhərə 2023-cü ilin sentyabrında səfər edib.
Ağarza Elçinoğlu